Misir çimərliyində daha bir vahim hadisə: köpək balığı qadının qolunu apardı

img

15-09-2023 [00:07]


Misirin Sinay yarımadasının cənubunda yerləşən və çimərlikləri ilə məşhur olan Deheb şəhərində qadın dənizdə çimərkən köpək balığının hücumuna məruz qalıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ağır yaralanan qadının bir qolunu köpək balığı qopararaq aparıb.

Məlumatına görə, çimərlik köpəkbalığı təhlükəsi səbəbindən bağlanıb.

Misirin ətraf mühit naziri Yasemin Fuad hadisəni təsdiqləyib: "Hazırda sahil zonasında və çimərliyə yaxın bölgələrdə köpək balığına qarşı tədbirlər artırılır".

Onu da qeyd edək ki, bir neçə ay əvvəl Misirdə köpəkbalığı rus turistə də hücum edəərk, onu parçalayıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA