Məşhur aktrisa məhkəməyə verildi - Vəfat edən aktyor haqqındakı sözlərinə görə

img

14-09-2023 [15:01]


“Bihter” filmində baş rolu canlandıran aktrisa Farah Zeynep Abdullah məhkəməyə verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb onun 37 il əvvəl vəfat edən aktyor Yılmaz Güney haqqında işlətdiyi bir cümlə olub.

Məlumata görə, Yılmaz Güneyin vəfatının ildönümü ilə bağlı yazıçı Murathan Munqan sosial media hesabında başsağlığı mesajı yayımlayıb.

Aktrisa Farah Zeynep Abdullah da həmin başsağlığı mesajının altına belə şərh yazıb: "Kinomuzun ən yaxşı yürüyən kişisi, qadın döyən, zorakılığın formaları baxımından zəngin və təsirli silah istifadəçisi deyək...".

Məlumata görə, bu sözlərdən sonra Yılmaz Güneyin qardaşı Güzide Pütün aktrisaya qarşı məhkəmədə iddia qaldırıb.

Mərhum aktyorun vəkili deyib ki, həmin paylaşımda Yılmaz Güneylə bağlı yanlış və təhqiramiz şərh yazanların hər birinə qarşı oxşar məhkəmə iddiası qaldırılıb.

Ləman

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq