Filippində zəlzələ olub - 6,3 bal gücündə

img

12-09-2023 [15:45]


Filippinin Namuak bölgəsində 6,3 bal gücündə zəlzələ olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Namuak bölgəsindən 73 kilometr şimala düşüb.

İlkin məlumata görə, 41,3 kilometr dərinlikdə baş verən 6,3 bal gücündə zəlzələdə can və mal itkisi olmayıb.

Xatırladaq ki, Dünyada seysmik hərəkətlərin ən çox baş verdiyi ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR