Şirvan şəhərinin nümayəndə heyəti "Beynəlxalq Anadolu Günləri” festivalında respublikamızı təmsil edib - FOTOLAR
12-09-2023 [10:34]
Beynəlxalq Anadolu Günləri” mədəniyyət və incəsənət festivalında respublikamızı Şirvan şəhərinin nümayəndə heyəti təmsil edib.
Mia.az xəbər verir ki, Türkiyə Respublikası, Ankara şəhərinin Etimesgut Bələdiyyəsi türk dünyasında qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq məqsədi ilə 01-10 sentyabr tarixlərində türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Anadolu Günləri 25” adlı Mədəniyyət və İncəsənət Festivalı təşkil edib.
Ankaranın Etimesgut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan Bələdiyyəsi 2011-ci ilin iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq möhkəm əlaqələr qurmuşdur. Bu qardaşlığın davamı olaraq hər il olduğu kimi bu il də festivalın sonuncu günündə, 10 sentyabr 2023-cü il tarixində keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi və mədəniyyət işçilərindən ibarət nümayəndə heyəti iştirak edib.
Respublikamızın xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova və şəhərimizin incəsənət nümayəndələri milli mədəniyyətimizi əks etdirən xalq rəqsləri və musiqili proqramla çıxış ediblər. Festivalda nümayəndə heyətimiz tərəfindən milli atributlarımızı özündə əks etdirən eksponantlar və milli mətbəx nümunələrimiz nümayiş olunub. Etimesgut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunu bildirib. Festivalda Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək, bu cür festivalların təşkilinin geniş bir coğrafiyada məskunlaşmış türkdilli xalqların bir-birinin zəngin mədəniyyətini daha yaxşı tanıması baxımından böyük əhəmiyyət kəsb etdiyini, Azərbaycanın belə tədbirlərə böyük önəm verərək, hər zaman fəal iştirak etdiyini diqqətə çatdırıblar.
Aynur Fərzəliyeva Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və şirvanlıların salamlarını və xoş arzularını Etimesgut Bələdiyyəsinin rəhbərliyinə və festival iştirakçılarına çatdıraraq, göstərilən doğma münasibətə görə təşəkkürünü bildirib və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini Ənvər Dəmirələ təqdim edib.
Sonda nümayəndə heyəti və Etimesgut Bələdiyyəsi tərəfindən qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb