Azercell-in “İdeya İnkubasiyası Proqramı” çərçivəsində ADA tələbələri innovativ ideyalarının inkişafı üzərində işə başlayır
11-09-2023 [20:17]
Startap qurmaq istəyi olan 20 komanda qeydiyyatdan keçib
“Azercell Telekom” MMC-nin ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetilə əməkdaşlıqda həyata keçirdiyi İdeya İnkubasiyası Proqramı”nın seçim mərhələsi bitib.
Mia.az xəbər verir ki, proqram sayəsində innovativ ideyalarını inkişaf etdirərək növbəti səviyyəyə qaldırmaq, startap qurmaq istəyi olan 20 komanda qeydiyyatdan keçib.
“İdeya İnkubasiyası Proqramı” çərçivəsində tələbələr mentorluq sessiyalarında, yerli və xarici mütəxəssislərin seminarlarında iştirak edib, peşəkar mentorlarla seçilmiş mövzular üzərində işə başlayacaqlar.
Mentorlar sırasında Azercell-in Məhsul İdarəetmə şöbəsinin rəhbəri Nərgiz Tağızadə, Rəqəmsal Həllər və Partnyorluq şöbəsinin rəhbəri Svetlana Ağalarova, Dataların Modelləşdirilməsi şöbəsinin rəhbəri Zaur Hüseynov da yer alıblar. Sessiyalar “Biznesin diversifikasiyalaşdırılması strategiyası: Azercell-in yeni Fintech biznes istiqaməti”, “Təhsil və idman sahəsində texnoloji həllər”, “Data Science sahəsinin telekom sektorunda rolu və təsiri”, “Azərbaycan dili üçün qrafem-fonem modelinin yaradılması”, “Müştəri itkisinin aşkarlanması” və s. kimi mövzuları əhatə edəcək. Komandaların xüsusi mentorlarla təmin olunması onların təcrübələrini və ideyalarını real məhsullara, hətta müəssisələrə çevirmək şanslarını xeyli artıracaq.
“Azercell Telekom”la əməkdaşlığı universitet-özəl sektor əlaqələrində nümunə kimi dəyərləndirən ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev “bu əməkdaşlığın tələbələrin elmi inkişafına xidmət etdiyi, özəl sektorun isə bu birgə fəaliyyət vasitəsilə rəqabətədavamlı gənclərlə peşəkar əlaqələr qurduğu, insan resursları bazasını gücləndirdiyi” qənaətindədir.
Proqramın sonunda qalib komandalar pul mükafatı qazanacaq, Azercell şirkətində təcrübə proqramı keçmək şansı əldə edəcəklər.
Azercell ölkənin startap ekosisteminin inkişafı istiqamətində gənc istedadları dəstəkləyir, onlara sahibkar kimi uğur qazanmaq üçün geniş imkanlar təklif edir.
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb