Şəhid Elmir Qənbərovun son sözü: "Arzum ailəm ilə Şuşada yaşamaqdır"
10-09-2023 [13:15]
Vətəni sevərək canından keçən, hər arzusundan öncə vətənpərvərlik hissini tərbiyə edən ailələr bundan sonra dünya azərbaycanlılarına örnək olacaqdır. Sizin etdiyiniz fədakarlıq heç nə ilə ölçülə bilməsə də, bir xatirə olaraq bu yadigar yazıları nəsillərə ötürməyi özümə borc bildim. Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən və torpağının əsl vətən daşına çevrilən mərd, igid oğullarımızdan biri Elmir Rayıl oğlu Qənbərovdur.
Müharibənin ilk günləri hər birimiz üçün qəfil və dəhşətli olsa da, bizlər o hissi, həyəcanı onlar qədər hiss edə bilməzdik. Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun (Əbu Turxan). Elmir Qənbərov adına tikilən bulağın qarşısında dayanaraq müharibənin dəhşətlərini və zəfərini yaşayan bir igid Vətən oğlunun qürurla baxışı ürəklərdə olan vətən sevgisini alovlandırmaqla bərabər həmçinin həmin bulağın suyu ürəklərə sərinlik gətirir. Bəli, müharibəni 44 gün və zəfəri 47 gün yaşayan lakin arzuları nakam qalan şəhidimiz Elmir.
Elmir Rayıl oğlu Qənbərov 1982-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində, ziyalı ailəsində anadan olub. 1988-ci ildə həmin qəsəbədə Tağı Məmmədov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub və məktəbi əla qiymətlərlə bitirib. Yoldaşları arasında qeyri-adi gücü ilə seçilən, uca boyu, enli kürəyi, qüvvətli biləkləri olan Elmir sərbəst güləşlə məşğul olurdu. 2000-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb və Bakı şəhərində daxili qoşunların “N” saylı hərbi hissəsində xidmət edib. 2002-ci ilin yanvar ayında hərbi xidmətini başa vurub. 2003-cü ildə Bakı İdman Akademiyasına daxil olub. 2008-ci ildə Akademiyanı bitirən Elmir müəllim kimi 8 il fəaliyyət göstərmişdir. 2009-cu il 14 iyulda ailə həyatı qurub, Polad və Sərvinaz adlı 2 övladı var.
27 fevral 2014-cü ildə N saylı hərbi hissədə kəşfiyyat bölüyünə daxil olub. Elmir vətənə, torpağa bağlılığı , əzmi iradəsi, dönməzliyi ilə müharibəyə hazır idi. 2016-cı ildə Aprel döyüşlərində, xüsusilə Lələtəpə yüksəkliyinin alınmasında komandir və hərbçi yoldaşları Elmirin böyük şücaət göstərdiyini qeyd edirdi.
2020-ci il 26 sentyabrda Elmir evdəkilərlə vidalaşaraq ailəsinə, ata-anasına hər şeyə hazır olun deyib, ön cəbhəyə yollanmışdır. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, eləcə də Laçın rayonunun dəhlizə qədər olan kəndlərinin azad olunmasında iştirak edən Elmir öhdəsinə düşən vəzifələri yerinə yetirməklə yanaşı şəhid və yaralı yoldaşlarını döyüş meydanından çıxarmışdır. Qəhrəman igid Elmir dəfələrlə mühasirədə qalmışdır.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqına zəfər sevinci yaşadan müzəffər ordumuzun müsəlləh əsgəri olan Elmirin özünə bu sevinci yaşamaq cəmi 47 gün nəsib oldu. 27 dekabr 2020-ci ildə Hadrut qəsəbəsində xain erməni diversantlarını zərərsizləşdirərkən erməni gülləsinə tuş gələn Elmir şəhidlik zirvəsinə ucaldı. Qısa bir ömür yolu sürən Elmir adını zəfər tarixində tarix yazanların sırasına yaza bildi.
Ailəcanlı idi və övladlarını, həyat yoldaşını çox sevirdi. Heç vaxt böyüklərin sözündən çıxmazdı və ata-anasını, qardaşlarını çox sevirdi. Böyük arzularla yaşayırdı…
”Şuşa çox gözəldir, arzum ailəm ilə Şuşada yaşamaqdır” deyə əsgər yoldaşlarına deyirmiş. İgid oğullarımızın hesabına indi illərlə həsrətində olduğumuz əsir torpaqlarımızda evlərdə neçə-neçə işıqlar yanır, körpə səsləri eşidilir, məktəblərin məzunları tələbə adını qazanır. Onun arzularını övladları və əzizləri həyata keçirəcək.
Müzəffər Ali Baş Komandanın dediyi kimi ”Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya Azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu əbədi olacaq!”
Şəhidlərimizin ruhları şad olsun. Rahat uyuyun vətən igidlərimiz! Sizin canınzı fəda etdiyiniz və gələcək nəsillərin qürurla yaşayacağı bu torpaqlarda yeni nəfəslər, yeni diləklər baş qaldırır. Bütün Yollar körpülərə qovuşur. Körpülər Xudafərinə, Xudafərin sərhədlərə qovuşur…Naxçıvan Zəngəzura, Zəngəzur Türküstana, Türküstan Turana qovuşur…
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə Elmir Rayıl oğlu Qənbərov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, və “Qubadlının azad olunmasına görə”, ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə də təltif edilib. Hər bir şəhidimizin həyatı bir qəhrəmanlıq dastanlarına bənzəyir. İllər sonra doğma elinizə, boya başa çatdığınız kəndinizə daimi sakin kimi qayıtdınız.
Ruhunuz şad olsun!
Allah rəhmət eləsin! Cəmi şəhidlərin ölməz ruhları cənnətlik olsun!
Suma Hüseynova,
dosent
MİA.AZ
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb