RƏSMİ MOSKVA: "Türkiyə və Rusiya taxılla bağlı razılaşıb, yaxın günlərdə..."

img

07-09-2023 [12:29]


Prezident Ərdoğanla Rusiya lideri Putin arasında Soçidə keçirilən görüşdən sonra rəsmi Moskvadan yeni açıqlama verilib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Rusiya və Türkiyənin 1 milyon ton taxıl tədarükü ilə bağlı razılığa gəldiyini bəyan edib: "Plana uyğun daşınması planlaşdırılan taxıl Qətərin maliyyə dəstəyi sayəsində Türkiyə vasitəsi ilə Afrika ölkələrinə ucuz qiymətə satılacaq. İki ölkə arasında bütün razılaşmalar əldə olunub. Biz gəmiçilik, yəni daşınma prosesi ilə bağlı yaxın günlərdə texniki aspektlərin üzərində işləmək üçün tərəflərlə bir araya gələcəyik".

Xatırladaq ki, hər il 100-120 milyon to taxıl satan Rusiya sanksiya səbəbindən məhsullarını xarici bazara çıxara bilmir.

Putinin bir neçə gün əvvəl Ərdoğanla görüşdə "Əgər bizim kənd təsərrüfatı məhsullarımıza və bu məhsullarımızn satışı üçün pul köçürməsini həyata keçirəcək bankımıza sankisya götürülərsə, o zaman Qara dəniz üzərindən Ukrayna taxılının da ixracı barədə sazişə qayıda bilərik" - demişdi. 

Ərdoğan da bu barədə BMT liderliyi ilə yeni təkliflər paketi hazırlananacağını açqılayıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq