ABŞ qitələrarası yeni ballistik raketini sınaqdan çıxardı

img

07-09-2023 [00:21]


ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı "Minuteman III" qitələrarası ballistik raketinin sınaq məqsədi ilə buraxıldığını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada sınağın məqsədi izah olunub: "Bu buraxılış ABŞ-ın nüvə gücünün etibarlı və təsirli olduğunu nümayiş etdirmək üçün rutin və dövri fəaliyyətlərin bir hissəsidir".

ABŞ Müdafiə Nazirliyi bildirib ki, Kaliforniyadakı Vandenberq Kosmos Bazasından buraxılan raketlə bağlı Rusiya tərəfi də məlumatlandırılıb.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA