Ərdoğan: "Biz Kərkükdə sabitliyin pozulmasına imkan verməyəcəyik"

img

05-09-2023 [15:40]


Prezident Rəcəb Tayyib Ərdoğan Kərkükdəı baş verən toqquşmalara münasibətini açıqlayıb.

Mia.az TRTHaber-ə istinadla xəbər verir ki, Ərdoğan bu bölgədə sabitliyin pozulmasına əsla imkan  verməyəcəklərini deyib: "Kərkükün əhali nisbətini, formasını pozacaq hər hansı bir hərəkət İraqın bütövlüyünün pozulması demək olacaq. Bu coğrafiyanın sülh və bütövlüyünün pozulmasına imkan verməyəcəyik".

Prezident Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında əlavə edib ki, Kərkükdəki vəziyyət yaxından izlənilir: "Kərkük məsələsinə gəlincə, həm xarici işlər naziri Hakan Fidan, həm də kəşfiyyat birliklərimiz məsələni yaxından izləyir. Sakit bir atmosfer var".

Bölgənin sülh və əmin-amanlığı üçün Kərkükün quruluşunu məhv edəcək fəaliyyətlərdən uzaq durmaq lazım olduğunu vurğulayan Ərdoğan deyib: "Türkmənlərin vətəni Kərkük yüz illərdir fərqli mədəniyyətlərin bir yerdə sülh içində yaşadığı bir coğrafiyadır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR