Şirvanda qətl: 51 yaşlı şəxs saxlanıldı

Şirvanda qətl: 51 yaşlı şəxs saxlanıldı

KRİMİNAL

04.09.2023, 22:28

Sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Elşən İslamov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR