Professor Fəridə Vəlixanova vəfat edib
04-09-2023 [18:40]
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, filalogiya elmləri doktoru, professor Fəridə Vəlixanova 88 yaşıda vəfat edib.
Mia.az xəbər verir ki, Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci ilin oktyabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Fəridə Vəlixanova orta təhsilini 132 saylı şəhər məktəbində almış, məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.
F.Vəlixanova 1958-ci ildə ali təhsilini başa vurub, azərbaycanlı professor Əziz Şərifin rəhbərliyi ilə yazdığı diplom işini uğurla müdafiə etmiş və universiteti yüksək qiymətlərlə qurtarmışdır. Ona Moskvada qalıb işləmək təklif edilsə də vətənə qayıdıb, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda akademik M.A.Dadaşzadənin rəhbərlik etdiyi şöbədə elmi fəaliyyətə başlamışdır. İki il sonra o, SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olmuş və 1964-cü ildə görkəmli ədəbiyyatşünas akad. Q.İ.Lomidzenin rəhbərliyi altında “Səməd Vurğun poeziyasının rus dilinə tərcümələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. F.Vəlixanova 1977-ci ildə uzun və gərgin bir əməyin nəticəsində hasilə gələn “Azərbaycan sovet poeziyası rus dilində” mövzusundakı doktorluq dissertasiyasını müdafiə edir.
1982-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində “Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi” şöbəsi yaradıldı və F.Vəlixanova şöbənin müdiri təyin edildi.
Fəridə Vəlixanovanın elmi-tədqiqatçılıq fəaliyyəti çoxcəhətlidir. O, Moskvada və Bakıda çıxmış “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (M., Nauka, 1963), ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” (B., “Elm”, 1968), yeddicildlik “Çoxmillətli sovet ədəbiyyatı tarixi” (M., Nauka, 1970), altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitablarında ədəbiyyatımızın beynəlxalq əlaqələrinə aid və s. icmal oçerklərlə həm müəllif, həm də elmi redaktor kimi iştirak etmişdir.
Görkəmli alim AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü, doktorluq və namizədlik dissertasiyaları üzrə Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının (1967-1982) ictimai əsaslarla elmi katibi, Əlaqələndirmə Şurasının üzvü, Respublika Prezidenti yanında AAK Ekspertlər Şurasının (1993-2013) üzvü, Moskva və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra jurnal və məcmuələrin redaksiya heyətlərinin üzvü olmuşdur.
F.Vəlixanovanın Azərbaycan ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, dəfələrlə Fəxri fərmanlarla mükafatlandırılmış, Əməkdar elm xadimi adına, Prezident təqaüdünə layiq görülmüşdür.
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb