Niger hava məkanı kommersiya və mülki uçuşlar üçün açılıb

img

04-09-2023 [15:49]


Avqustun 6-dan kommersiya və mülki uçuşlara qapalı olan Nigerdə ​​hava məkanı yenidən açılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Niger Nəqliyyat Nazirliyindən verilən açıqlamaya görə, ölkənin hava sahəsi bütün beynəlxalq və daxili uçuşlara açıqdır: "Ancaq hava məkanımız hərbi və şəxsi təyyarələrə uçuşlar qadağandır".

Xatırladaq ki, Nigerdə ​​prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizə Alayı tərəfindən devrilib.

Lamiyə ƏHMƏDLİ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA