İstefa verən müdafiə naziri: "Ukrayna ordusuna çalışmaq şərəf idi"

img

04-09-2023 [14:49]


Ukraynanın müdafiə naziri Oleksii Reznikov istefa verib.

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Reznikov bildirb ki, artıq istefa ərizəsini parlament (Ali Rada) sədrinə təqdim edib: "Ukraynanın müasir tarixinin ən çətin dövrü olan son 22 ayda Ukrayna xalqına xidmət etmək və Ukrayna ordusuna çalışmaq şərəf idi".

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski ötın gün sosial media hesabında paylaşım edərık, yeni müdafiə naziri vəzifəsinə Krım tatarlarından olan Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun gətiriləcəyini deyib: "Reznikov 550 gündən çox davam edən genişmiqyaslı müharibə yaşadı. Hesab edirəm ki, nazirliyin yeni yanaşma və formalara ehtiyacı var. istər orduya, istərsə də cəmiyyətə münasibətdə qarşılıqlı əlaqənin əsasını Rüstəm Umerov öz üzərinə götürməlidir”. 

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR