Mikayıl Cabbarov: "Pekində Azərbaycan Ticarət Evi açılacaq"

img

01-09-2023 [10:28]


Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib: "Həmkarlarla birgə Çin Xalq Respublikasına səfərimiz çərçivəsində bir sıra rəsmi nümayəndələr və şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimində və digər tədbirlərdə iştirak edəcəyik".

Qeyd edək ki, hazırda Azərbaycanın Çində Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərində dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA