Erməni silahlıları Şuşa istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib: "İşlər dərhal dayandırılıb"

img

31-08-2023 [12:50]


Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR