SOCAR "Baykar" şirkətini "yaşıl enerji" ilə təmin edib - FOTO

img

30-08-2023 [11:12]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" “Baykar” şirkətini “yaşıl enerji” ilə təmin edib.

Mia.az SOCAR-a istinadla xəbər verir ki, iki ilə yaxındır SOCAR-ın elektrik enerjisi verdiyi “Baykar”ın elektrik istehlakını 2023-cü ildə “yaşıl”a çevirilib: "Beləliklə, “Baykar” elektrik enerjisindən istifadə nəticəsində karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq".

“SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimovun "Baykar Technologies" şirkətinə səfəri zamanı Səlcuq Bayraktar və Haluk Bayraktar ilə əməkdaşlığın miqyası qiymətləndirilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA