"Mən sizin 300-500 manat pulunuza qalmamışam" - Aparıcı toyuna gəlməyən sənət adamlarını rüsvay elədi
29-08-2023 [11:44]
“Elə bildim ki, toyum iki saata bitdi. Toyumdan doymadım, bol rəqs edə bilmədim. Toyumun həmin gecəsi Dubaya bal ayına gedirdik. Düzdür, çox rəqs etdik. Amma doymadım. Toyumda dostumu da tanıdım, məni istəməyən insanları da tanıdım. Kimi ki, toyumda gözləyirdim və ondan çox böyük gözləntilərim vardı, həmin o insanlar toyuma gəlib, yalandan küsüb getdilər. Kimdən ki, gözləmirdim, o insanlar o qədər içdən və ürəkdən toyumda iştirak etdilər ki… Dedim ki, həyat doğrudan da çox qəribədir”.
Bu sözləri ötən ay təmtəraqlı şəkildə toyu olan aparıcı Çinarə Əliyeva qonaq olduğu “Özəl” verilişində deyib.
Televiziya ulduzu söz verib, lakin toyuna gəlməyən məşhurları efirdə biabır edib. Çinarə bildirib ki, Sevil və Sevinc Səfərova bacılarını həm ad gününə, həm də toyuna dəvət etsə də, onlar hər iki məclisə gəlməyiblər.
“Ən çox xoşuma gəlməyən Sevil və Sevinc Səfərova bacılarının hərəkəti oldu. Onlar toyuma gəlmədilər. Qızların xətirlərini çox istəyirəm. Onlar məndən iki dəfə xahiş ediblər, bir dəfə məclislərində, bir dəfə də yaxınlarının mağaza açılışında iştirak etməyimi. Mən də canla-başla iştirak edib, hətta öz sosial şəbəkə hesabımda paylaşım da etmişəm. Restoranımın açılışı oldu, bacıları çağırmışdım, gəlmişdilər.
Doğum günü məclisi keçirdim. Sevil və Sevinci dəvət etsəm də, gəlmədilər. Toyuma bacıları dəvət etdim və özlərinə söylədim ki, ad günümdə gəlmədiniz, amma toyumda mütləq iştirak etməlisiniz. Söylədilər ki, ayıb olar, gələcəyik. Toyuma iki gün qalmış qızlarla yenidən əlaqə saxladım. Söylədilər ki, gələcəyik. Amma gəlmədilər. Türkan Vəlizadə əvvəlcədən gələ bilməyəcəyini dedi, amma toyuma öz bacısını yolladı. Sərxan Kərəmoğlu Şəkidə olduğuna görə, gələ bilmədi. Amma mənə söz verənlər toyuma gəlmədilər”.
Aparıcı həmkarı Afaq Gəncəlinin də sözünü tutmadığı və ondan incidiyini vurğulayıb: “Afaq Gəncəlini də toy məclisinə dəvət etmişdim. Amma gəlmədi. Düzdür, o, hədiyyəsini yollamışdı. Amma onu sonra Zümrüd Bədəlovanın doğum günündə gördüm. Ona söylədim ki, keçən il doğum günü etdim, səni çağırdım, gəlmədin. Toyum oldu, səni çağırdım, yenə də gəlmədin. Bu, toydur. Bu, ad günü deyil ki, gələn il gələsən. Toy həyatda bir dəfə olur. Afaqa sual verdim ki, bəlkə, sən özünü mənə yaraşdırmırsan? Cavab verdi ki, yox və pis olub məni qucaqladı.
Dedi ki, səni çox istəyirəm. Ona dedim ki, nişanımın sabahısı günü bütün efirlər məndən xahiş etdilər ki, verilişlərinə gəlim, amma sən zəng vurub söylədin ki, canlı efirimə gəlməlisən. Və mən də onun sözünü iki etmədim, verilişinə getdim. Afaqa dedim ki, səndən özümə qarşı bu münasibəti gözləmirdim”.
Çinarə müğənni Nura Surinin toyundan inciyib getdiyini açıqlayıb: “Müğənni Nura Suri toyumdan küsüb getdi. Nura üçün üç masa dəyişdirdik. Yenə də narazı oldu. Nuranın xasiyyəti belədir də, hər şeydən narazıdır. Şəbnəm Tovuzlu toyuma gəlməsə də, qızını yolamışdı. Ceyhun Qala da mənə sonra dedi ki, toyundan küsüb getdim. Çünki mənə dedilər ki, orada yox, burada otur. Müğənnilərə toydan əvvəl demişdim ki, ürəyiniz harada istəsə, orada oturun. Tolik dedi ki, Bodrumdayam gələ bilməyəcəyəm”.
Aparıcı müğənni Ayan Babakişiyevadan da küsdüyünü etiraf edib. O bildirib ki, Ayan toya gələcəyini söyləsə də, lakin sözünə əməl etməyib: “Ayan Babakişiyeva söz verdi ki, toyuma gələcək, gəlmədi. Sonra onu Zümrüdün ad günündə gördüm. Ona tərəf heç baxmadım. O isə söylədi ki, bilirəm ki, məndən incimisən. Başa düşmürlər ki, mən onlar üçün masa saxlatdırmışdım. Deyirlər ki, gələcəyik, amma gəlmədilər. Eybi yox, mən də zamanı gələndə onların elədiyini artıqlaması ilə qaytaracam. Çünki mən cavab verməyi sevirəm. Niyam Salami də mənə söylədi ki, toyda danışmadığım insan olsa da, gəlib iştirak edib, səninlə rəqs edəcəm. Amma o da söz verdi, gəlmədi. Mən sizin 300-500 manat pulunuza qalmamışam. İstəyirdim ki, sadəcə toyumda istədiyim insanlar iştirak etsinlər. Onsuz da sabah onlar mənə yenə ağız açıb, zəng edəcəklər”. Qeyd edək ki, Çinarə Əliyeva iyulun 17-də plastik cərrah Ruslan Rəsul ilə ailə qurub. //bizim.media//
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb