Məşhur müğənni batan qayıqda yaralandı - Açıqlama (FOTO)

img

25-08-2023 [11:29]


Məşhur müğənni Demet Akalının ötən gecə mindiyi qayıq estakadaya çırpılıb. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, qəzada ölümdən dönən Akalın birdən-birə batmağa başladıqlarını və saniyələr içində xilas olduqlarını bildirib.

Bu barədə "İnstaqram" hesabında paylaşım edən müğənni yazıb: "Yaxşıyıq, qayıqla gəlmək istəyərkən çox böyük qəzaya düşdük. Alnım şişib". 

Daha sonra video yayımlayaraq qorxulu anlarını izah edən Akalın bildirib  ki, qayıq saniyələr içində qəfil batıb: "Necə sağ qaldığımı anlamıram. Veriləcək sədəqəmiz varmış".

Ləman

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA