Telekanal sahibi onu 60 min cərimələdən Sezen Aksuya sərt mesaj verdi: "İki dünyada da əlim yaxanda olacaq"

img

25-08-2023 [09:09]


Məşhur müğənni Sezen Aksu AKP iqtidarını əleyhdarlaırna qarşı etdiyi çıxışı vaxtıilə tənqid edən Tele1 telekanalının sahibi, 31 mart seçkilərindən sonra həbs edilən jurnalist Merdan Yanardağı 60 min lirə (30 min cərimə + vəkil və sair xərclər) cərimələdib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, telekanal sahibi bu barədə Tvinter-dəki hesabında ard-arda paylaşımlar edib.

"İki cahanda da əlim yaxanda olacaq" deyə müğənniyə ismaric verən kurnalist bildirib ki, Sezen üzr istəmək əvəzinə, onu cərimələtməsi utancverici haldır: "AK Partiyaya 2 dəfə "bəli" dediyi və ökumətin ikiüzlü "açılım" siyasətini dəstəklədiyi üçün tənqid etdiyim Sezen Aksu təhqir olunduğunu idfdia edərək məni məhkəməyə verib. Və necə olubsa, faizlə birgə 60 min TL təzminat qazanıb. İndi hücrəmə baxıram. Aksunun istədiyi pul buradan çıxmayacaq...

Tele1-ə gedə bilər, amma oradan da bir şey çıxmayacaq. Tele 1 kommersiya təşkilatı deyil, sosial məsuliyyətdir. Hazırda RTÜK-ün kəsdiyi cərimələri ödəməyə çalışır. Mənim orda şəxsi mülküm də yoxdur. Narahat olmayın, Sezen Aksu. İstədiyi pulu ödəyəcəm. O da "ianə" şousu edə bilər bir yerdə. Geriyə bu cəhənnəmi açanları Sezen Aksunun ayıbı qalıb, bu gün cəhənnəmə yolu döşəyənlərdən Aksunun utancı qalır. Bir də iki cahanda yaxasında qalacaq əlimiz...".

Telekanal sahibinin paylaşımlarını aşağıda olduğu kimi təqdim edirik: 

Tahir

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq