Hüquqşünasdan xəbərdarlıq: "İnvestAZ” şirkəti real xidmət göstərə bilməz..." - "Həm peşəkarlar yoxdur, həm də təhlükəlidir"
22-08-2023 [13:25]
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin sayı artıb. “Yatırımı sadələşdirmək”, “asan və anlaşılan şəkildə müştəriyə təqdim etmək” devizi ilə fəaliyyət göstərən şirkətlərdən biri də “İnvestAZ”dır.
Bu şirkətlə bağlı vətəndaşlar sosial şəbəkələrdə çoxsaylı müraciətlər ünvanlayırlar.
Bəs görəsən belə investisiya şirkətləri nə dərəcədə güvənlidir? Vətəndaşları aldada bilərlərmi? Bu məsələlərdə insanlar nələrə diqqət etməlidirlər?
Mia.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-ın suallarını cavablandıran bank məsələləri üzrə ekspert Əkrəm Həsənov vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Ekspert deyib ki, Azərbaycanda qiymətli kağızlar bazarı real olaraq yoxdur: “Bizdə heç kim heç kimin qiymətli kağızını elə-belə almır. Çünki bilinmir ki, onun arxasında nə durur, gəlir gətirəcəkmi, aldadacaqlarmı... Azərbaycanda valyuta bazarı da çox primitivdir. Bəllidir ki, milli valyutanın məzənnəsi sabitdir və Mərkəzi Bank tərəfindən tənzimlənir. Buna görə də “İnvestAZ” kimi investisiya şirkətləri milli bazarda real xidmət göstərə bilməzlər. Nə xidmət göstərəcək? Xarici bazarlarda ola bilər. Onda gərək insanlarımız xarici şirkətlərin səhmlərini alsınlar. Buna görə də, düşünürəm, Azərbaycanda xarici bazarları bilən kifayət qədər peşəkarlar yoxdur ki, nəsə etsinlər. Həm də təhlükəlidir. Nəsə səhm aldınız, sabah batdı. Mən belə bir fəaliyyətə çox ehtiyatla yanaşardım. Ən azından insanlara tövsiyə edirəm ki, son pullarını gedib belə maliyyə əməliyyatlarına yerləşdirməsinlər. Kiminsə çox pulu varsa, istəyirsə, bir hissəsini qoysun, görsün ki, nəsə gəlir əldə edə biləcək, ya yox”.
MİA.AZ
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
Göygölün yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Sabiq prezidentə yumurta ilə hücum olub - "Alçaq!"