Ərdoğan: "BMT əsgərlərinin KKTC-də yol layihəsinə müdaxiləsi qəbuledilməzdir"

img

21-08-2023 [22:46]


Prezident Ərdoğan BMT Sülhməramlı Qüvvələrinin əsgərlərinin Şimali Kipr Türk Respublikasınn (ŞKTC) yol layihəsinə mane olmaq cəhdinə sərt reaksiya verib. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan BMT Sülhməramlı Qüvvələrinin əsgərlərinin ŞKTC-nin suveren hüquqlarına qarşı fiziki müdaxiləsi əsla qəbul edilə bilməz: "BMT Sülhməramlı Qüvvələrinin əsgərlərinin keçən cümə günü ŞKTC-nin suverenlik hüquqlarına qarşı fiziki müdaxiləsi bizim üçün heç vaxt qəbuledilməzdir. Pile kəndindəki Kipr türklərinin kəndə daha tez yetişmələri üçün qarşısını almaq nə qanuni, nə də humanist addımdır. Bu, sülh korpusunə də kölgə salır. Bu münasibətə görə bölgədə gərginlik təəssüf ki, yenidən artıb".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq