"Neftçi"nın "qara oyunu" və ya mətbuat katibinin "jurnalist siyahısı" - İstanbula niyə TV müxbirləri dəvət edilməyib?

img

18-08-2023 [09:35]


Xəbər verildiyi kimi, dünən UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” İstanbulda "Beşiktaş”la cavab oyununda oynayıb.

Mia.az xəbər verir ki, komandamız cavab oununda da (ilk oyunda 3-1 uduzub) 2-1 hesabı ilə məğlub olaraq vətənə əliboş dönüb.

Xatırladaq ki, bu mövsüm "Neftçi"nin sahibi olan SOCAR kluba "yaxşı maya" qoyub, yeni baş məşqçi və xeyli oyunçu satın alınıb. Lakin Bakı klubu hələ də Qazaxıstanın "Tobol" komandası səviyyəsində mübarizə apara bilmir.

Bu azmış kimi, "Neftçi"nin PR və təşkilati işləri də yarıtmaz vəziyyətdədir.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, dünən meydana çıxan "Neftçı" komandasının rəhbərliyi mətbuat katibi vasitəsi ilə yalnız "aylıq haqq" verdikləri saytların rəhbərlərini buradan İstanbula aparıb: "Maraqlı budur ki, "əməkdaşlıq" elədiyi saytların rəhbərlərinin hər biri üçün təkcə hotel və təyyarə biletinə ən azı 1000 manat xərcləyib. Araşdırsanız, görərsiniz ki, klub  oyunu işıqlandırmaq üçün dəvətlilər sırasına ictimai-siyasi yükü olan saytlarla yanaşı, TV-ləri də "qatmayıb".  Hətta ölkənin dövlət telekanalı daxil,, TV-lərin demək olar hamısını "ofsaydda" saxlayıblar. Klubun mətbuat katibindəın soruşmaq gərəkdir, niyə axı? Nə marağın var?".

Məlumata görə, hətta İstanbldakı həmyerlilərimizi də oyuna kökləyən olmayıb: "Bakıda "Beşiktaş"ın təşçil elədiyi azarkeş ordusunu xatırlayırsınız, yəqin. Amma "Neftçi" azı 150 min həmyerlimizin olduğu İstanbulda hətta konsulluğumuza belə dəvət göndərməyib.  Bir sözlə, Bakı klubu geriqalmış məhəllə klubu kimi davranıb".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq