PSJ klubunun rəhbərliyi Mbappeni əfv edib

img

14-08-2023 [00:07]


Fransanın PSJ klubunun rəhbərliyi "Real Madrid"lə gizli transfer danışıqları apardığı üçün heyətdən kənarlaşdırılan Kilian Mbappeni əfv edib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, PSJ - Lorient matçından əvvəl klub rəhbərliyi ilə Mbappe arasında görüş olub.

Məlumata görə, danışıqlar çox konstruktiv şəraitdə davam edib və müsbət sonluqla bitib: "Mbappe artıq komanda ilə məşqlərə başlayıb".

Xatırladaq ki, ki, "Real"a keçmək istəyən Mbappeyə ötən ay Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə 700 milyon avro təklif etsə də, o, ərəb liqasında oynamaqdan imtina edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR