"Qalatasaray"dan gözlənilməz transfer: 2-ci liqadan 400 min avroya oyunçu aldı

img

11-08-2023 [14:25]


"Qalatasaray" 2-ci Liqadan son transferini reallaşdırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" 2-ci Liqaya yuvarlanan "Ankaraspor"da çıxış edən 21 yaşlı İlhami Sıraçhan Nası "rənglərinə bağlayıb".

Məlumata görə, "Qalatasaray"ın sabiq futbolçusu Mehmet Nasın oğlu Sıraçhan üçün klub 400 min avro ödəyəcək.

Xatırladaq ki, 21 yaşlı futbolçu karyerası boyunca 95 rəsmi matçda oynayıb. O, bu oyunlarda 10 qol atıb, 1 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR