Bu gün gözlər futbolda olacaq - "Qarabağ" HİK-lə, "Sabah" "Partizan"la, "Neftçi" isə "Beşiktaş"la "döyüşəcək"

img

10-08-2023 [09:40]


Bu gün UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" Bakıda Finlandiyanın HİK komandası ilə ilk oyununa çıxacaq.

Mia.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.

Bu qarşılaşmanın cavab oyunu isə avqustun 20-də keçiriləcək.

Xatırladaq ki, bu oyunun qalibi "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) cütünün məğlubu ilə, uduzan komanda isə Konfrans Liqasında Rumıniyanın "Farul" komandası ilə Estoniyanın "Flora" klubunun qalibi ilə "döyüşəcək".

Bu gün həm də Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah" və "Neftçi" rəqibləri ilə üz-üzə gələcəklər.

Mia.az xəbər verir ki, "Sabah" saat 20.00-da Bakıda Serbiyanın "Partizan" komandasını,  "Neftçi" isə saat 21.00-da  "Beşiktaş"la mübarizə aparacaq.

Qeyd edək ki, “Neftçi”nin oyunu “Haber Global” telekanalında canlı yayımlanacaq.

Xatırladaq ki, bu oyunların cavabı avqustun 17-də keçiriləcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR