“Neftçi” - “Beşiktaş” matçı “Haber Global”da canlı yayımlanacaq

img

09-08-2023 [22:38]


“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Beşiktaş”la qarşılaşacağı matç “Haber Global” telekanalında canlı yayımlanacaq.

Mia.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək görüş saat 21:00-da start götürəcək.

Oyunu isveçrəli hakim Lukas Fahndrix idarə edəcək. 

Cavab oyunu bir həftə sonra İstanbulda oynanılacaq. 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR