Məşhur Sabançı ailəsinin üzvü İstanbuldakı turist bolluğuna etiraz elədi: "Hər tərəf turist, hamısı da qara geyimdə..."

Məşhur Sabançı ailəsinin üzvü İstanbuldakı turist bolluğuna etiraz elədi: "Hər tərəf turist, hamısı da qara geyimdə..."

MƏDƏNİYYƏT

09.08.2023, 10:40

Türkiyədəki məşhur Sabançı ailəsinin üzvü olan Arzu Sabancı sosial media hesabında İstanbula gələn turistlərin bolluğuna etiraz edib.

Mia.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, sosial şəbəkələrdə zaman-zaman paylaşımları ilə diqqət çəkən Arzu Sabancı bu dəfə turistlərə verdiyi reaksiya ilə gündəmə gəlib.

Türkiyə mətbuatı yazır ki, milyonçu qadın 1 milyon izləyicisi olan İnstaqram hesabında turistləri çoxluğuna diqqəti çəkib.

Sabançı yazıb ki, İstanbulda hər yeri turistlər "basıb", heç biri də türkçə danışmır:  "İllər əvvəl bir italyan dostum yaşadığı Romada turistlərin çoxluğundan şikayətlənirdi. Deyirdi ki, evimizin önünü, küçələr turistlə dolub. Mən də öz-özümə dedim ki, nə gözəl, valyuta qoyurlar bura. İndi bizim İstanbul da eyni vəziyyətdədir... Nişantaşı, Bebek, küçələr, kafelər, türkcə danışan yoxdur... Qapqara paltarlarla qapalı...".

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR