Çempionlar Liqası: "Qalatasaray" səfərdən qalib dönüb

img

09-08-2023 [00:57]


UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün meydana çıxan "Qalatasaray" səfərdə Lyublyana "Olimpiya"sı ilə oyundan qalib dönüb.

Mia.az xəbər verir ki, oyuna daha həvəsli başlayan "Qalatasaray" oyunun 9-cu dəqiqəsində Kerem Aktürkoğlunun möhtəşəm qoliu ilə önə keçib - 0:1.

48-ci dəqiqədə "Aslan" daha bir qol atıb.

Bu dəfə Mertens komandasını irəli çıxarıb - 0:2.

57-ci dəqiqədə Bardakçı 3-cü qola imza atıb. Lakin hakim bu qolun ofsayddan vurulduğunu qeydə alıb.

90+1-ci dəqiqədə isə Halil Dervişoğlu komandasının 3-cü qolunu ev sahibi komandanın qapısından keçirib - 0:3

Beləliklə, "Qalatasaray" ilk oyundan üstün ayrılıb.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR