Qomis Yaponiyada top qovacaq: "Birlikdə gözəl vaxt keçirəcəyik"

img

08-08-2023 [14:00]


Son mövsümü "Qalatasaray"da keçirən Bafetimbi Qomisin yeni ünvanı hər kəs üçün böyük sürpriz olub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Bafetimbi Qomis sürpriz qərarla Yaponiyanın "Kavasaki Frontale" komandası ilə anlaşıb. 

Fransız futbolçu bu barədə belə açıqlama verib: "Hər kəsə salam, mənim adım Qomis və mən "Kavasaki Frontale" ailəsinin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Ümid edirəm ki, birlikdə gözəl vaxt keçirəcəm, çoxlu qollar vuracağam və sizin üçün çoxlu çempionluqlar qazanacağam".

Xatırladaq ki, Qomis "Qalatasaray" karyerasında ümumilikdə 86 matçda oynayıb. Fransız hücumçu bu matçlarda 51 qol vurub, 9 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq