Çempionlar Liqası: "Qalatasaray" oyuna itki ilə çıxa bilər

img

08-08-2023 [10:38]


Bu gün "Qalatasaray" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Olimpiya Lyublyana" ilə qarşılaşmaya itki ilə çıxa bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunla bağlı hazırlıqda "Qalatasaray"ın əsas heyət oyunçularından Lukas Torreyra komanda ilə son məşqi yarıda tərk etməli olub.

Məlumata görə, ilk 15 dəqiqəlik məşqdən sonra klub həkimi Yener İncə ilə görüşən uruqvaylı ulduz daha sonra məşqi yarıda tərk edərək paltardəyişmə otağına yollanıb.

"Qalatasaray"dan verilən açıqlamaya görə, Lukas Torreira mədə, baş ağrısı və halsızlıqdan şikayətlənib: "Torreyranın vəziyyəti matç saatında bilinəcək". 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq