Azadlıq radiosunun Bakı bürosunun hoqqaları... - Keçmiş əməkdaş yazır

img

04-08-2023 [10:28]


Rəvan seyfulla

"Azadlıq radiosu"nun Bakı bürosunun keçmiş əməkdaşı

***

İslam Şıxəlinin yazdıqlarından sonra hər şey yenidən yadıma düşdü və eyni stressi yaşadım. Bir qismini paylaşıram.

Azadlıq radiosunun Bakı ofisi bağlanandan sonra İlkin Məmmədov büroya yeni rəhbər təyin edildi.

Bundan sonra Zeynal Məmmədli ilə birgə hoqqa verməyə başladılar.

Əvvəl bizə verilən maaş kartlarında balansı yoxlaya bilirdik. Sonra 1-2 dəfə gördüm ki, maaş gələndən qısa müddət sonra pul azalır.

İclaslarda bu haqda mövzu açdım. Bu və digər mövzularda çəkingən davranmamağım İlkinin xoşuna gəlmədi. İstəyirdi ki, ona müdürüm deyib, sabunluq edək.

Daha sonra kart hesabına nəzarət icazəsi əlimizdən alındı.

Özü də nə hoqqa verirdisə səbəbini "təhlükəsizlik tədbiri" qoyurdu. Zeynal da onun mənasız hərəkətlərinə ssenari yazıb, bizlə görüşüb inandırmağa çalışırdı ki, vəziyyət çox pisdir, İlkin də ona görə belə edir.

Daha sonra radionun verdiyi avadanlığın pulunu maaşımızdan çıxmağa başladı. Özü də avadanlığın verildiyi ildəki qiymətindən belə daha çox qiymət qoşmuşdu. Mən də razı olmayıb geri verdim. Öz kamera və laptopumla davam etdim işləməyə.

Mənə iş verilməməsi üçün Praqadakı komandaya xüsusi tapşırıq vermişdi. Material başına maaş aldığımız üçün maaşım günü-gündən əriməyə başladı. 

2016-da Avropa səyahətində radionun verdiyi sığorta kartıyla həkimə getdim. Bir müddət sonra xəstəxana kartın aktiv olmadığını deyən, ödəniş etməyimi tələb edən email yolladı mənə. Sığortayla bağlı əlaqə saxlayanda bildim ki, mənim radio ilə müqaviləmi mənə xəbər etmədən dayandırıbmış İlkin.

Özünü lotu kimi aparan İlkinə sual verdikdə "Belə lazım idi" cavabını verdi. Bu cavabı yəqin ki, onun ümumilikdə necə tip olduğu, danışıq tərzinin necə olduğu haqda təsəvvür yaradır sizdə.

İş başında dəfələrlə polis tərəfindən qanunsuz şəkildə saxlanılmışam. Və bunun qarşılığında İlkin deyirdi ki, özünü qəslə tutdurursan. Kimi polis saxlasa bundan sonra maaşından kəsiləcək. Təsəvvür edin, polis saxlayır hətta Müsavat, APA belə bu haqda yazır, bundan sonra məcbur qalıb Azadlıq radiosu da verirdi bu xəbəri.

Maaşım iş yoldaşlarımdan bəzən 10 dəfə az gəlirdi İlkinin qoyduğu qadağalara görə. Təbii ki, bu müddətdə başqa xarici media qurumları ilə freelance olaraq əmədaşlıq etməyə çalışırdım ki, maddi sıxıntı pik həddə çatmasın.

Baş verən problemlərlə bağlı və səbəblərini bilmək üçün Zeynal Məmmədli ilə dəfələrlə görüşlər oldu.

Hər dəfə boş-boş mövzular açıb, müxalifəti söyür, Səfəvilərdən-zaddan danışıb, özünü dəli yerinə qoyurdu.
Mən şikayət edəcəyimi bildirdikdə, deyirdi ki, sən belə etsən bütün əməkdaşları riskə atacaqsan. Nə qədər adam burdan çörək qazanır və s.

Vicdanım imkan vermədi şikayət edim. Mənə qarşı laqeyd davranan iş yoldaşlarımı riskə atmaq istəmədim.
Əvəzində Şahvələd Çobanoğluyla, Xədicə İsmayılla danışıb məsləhət almaq istədim. Təəssüf ki, onların da edə biləcəyi bir şey yox idi.

P.S. Bu müddətdə çox şey baş verdi. Mən sadəcə bir qismini yazmışam. 5 il olacaq ki, ABŞ-da yaşayıram. İlkin və Zeynalı burdakı baş büroya şikayət etməyi uzun müddət idi planlayırdım. Yeni həyat, yeni ölkə, yeni karyera və s. bu işə vaxt ayırmağa imkan verməmişdi.

İndi isə baxıram ki, riskə atacağım adam da qalmayıb radioda. Ona görə də ictimailəşməsinə dəstək oluram.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq