Mətbuat katibi yeni vəzifəyə gedir: "Yaxın günlərdə yeni ünvanda görüşərik"

img

03-08-2023 [12:54]


"Son günlər "Yeni Klinika" ilə bağlı ölkə mediasında gedən yazılara münasibət bildirilməsini, açıqlama almaq istəyən media dostlarımıza söyləmək istəyirəm ki, mən artıq iyul ayının sonlarından bu tibb müəssisəsində çalışmıram". 

Mia.az xəbər verir ki, bu sözəri "Yeni Klibika"nın mətbuat katibi İlham Məmmədzadə deyib.

O, sosial media hesabında daha sonra yazıb: Artıq köhnə iş yerindən ayrıldığını deyən jurnalist daha sonra əlavə edib: "Yeni Klinikanın sabiq direktor vəzifəsini icra edən, baş həkim, ən əsası isə dürüst və gözəl insan, peşəkar həkim Cavid Paşayevdən sonra mənim də orada qalmağım mümkün deyildi. O səbəbdən ərizə yazaraq işdən ayrıldım. Fəaliyyət göstərdiyim ötən dövr qısa olsa da, mümkün imkanlardan istifadə edərək Yeni Klinikanın fəaliyyətinin ictimaiyyətə tanıdılması, işıqlandırılması istiqamətində əlimizdən gələni etdik. Bu işdə bizə dəstək olan hər bir media dostlarımıza dərin təşəkkürümü bildirirəm. Yaxın günlərdə yeni ünvanda görüşənədək".

Mia.az-ın məlumatına görə, İ.Məmmədzadə Cavid Paşayevin 10 gün əvəvl direktor təyin olunduğu Azərbaycan Tibb Universitetində eyni vəzifyə təyin olunacaq.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR