İtlər mənə Tolstoyu başa düşməyi öyrətdi... - Seymur Baycan yazır
03-08-2023 [12:16]
Seymur Baycan
***
İtləri yaxından müşahidə edəndə görürsən ki, onların da arasında yaltağı, utancağı, qorxağı, həyasızı, vəfalısı, vəfasızı, ağıllısı, ağılsızı, gözütoxu, acgözü var. İtləri yaxından müşahidə etməyim mənə çox şey öyrətdi. Başa düşdüm ki, insan canlılar aləminin bir üzvüdür. Məməlilər sinfinə aiddir. Burda heç bir Amerika kəşf etmirəm. Bu çox köhnə həqiqətdir. Bu barədə çox deyilib, çox yazılıb. Amma bunu hər gün görmək və dərindən dərk etmək tamam başqa aləmdir. Adam sarsılır. Hisslər adamın gözündən düşür. Bu mənada heyvanları yaxından müşahidə etmək təhlükəlidir.
Məsələn, küçüklərin əmizdirən itə baxıram və görürəm ki, bu itlə balasını əmizdirən insan arasında mahiyyətcə heç bir fərq yoxdu. Küçükləriylə oynayan itə baxıram və görürəm ki, bu itlə balasını oynadan, balasını əzizləyən, “balama qurban inəklər, balam nə vaxt iməklər” deyən insan arasında mahiyyətcə heç bir fərq yoxdu. Nəsilartırma, çoxalmaq instinkti hər ikisini, həm iti, həm də insanı doğmağa, sonra da doğduğunu hər cür şəraitdə qorumağa, yemləməyə vadar edir. Amma biz insanlar bu adi instinkti, təbiətin bu adi çağırışını, bu məcburi fədakarlığı nə qədər vəsf, nə qədər tərənnüm etmişik. Biz insanlar bu adi instinktə nə qədər mənalar yükləmişik, nə qədər mənalar vermişik. Anaya aid nə qədər şeirlər yazılıb, nə qədər mahnılar bəstələnib. Toylarda nə qədər ana segahı oxunur. Kişilər isə gedib ana segahı oxuyan müğənninin cibinə pul basırlar. Bir instinkti, təbiətin adi çağırışını, məcburi fədakarlığı bu qədər tərənnüm etməyə, bu qədər şişirtməyə, bu qədər müqəddəsləşdirməyə ehtiyac varmı?
Əvvəllər yazılarda tez-tez yazırdım ki, azərbaycanlılar evlənmirlər, ailə qurmurlar, cütləşirlər. İtləri müşahidə etməyə başlayandan sonra bunu yazmağı tədricən tərgitdim. Başa düşdüm ki, xalqa qarşı illərlə ədalətsizlik etmişəm. Əslində, onlar doğru yoldadır. İnsan canlılar aləminin bir üzvü, məməlilər sinfinin bir nümayəndəsi kimi evlənməli deyil, məhz cütləşməlidir. Sadəcə cütləşmənin elçilik, nişan, xınayaxdı, toy, üçgünlük, beşgünlük, qırxgünlük kimi mərasimlərlə bəzədilməsi əlavə xərcdir, vaxt və enerji itkisidir. Elçilik, nişan, toy kimi mərasimlərlə insanlar heyvan olmadıqlarını, cütləşmədiklərini, guya ailə qurduqlarını, evləndiklərini bir növ özlərinə və başqalarına sübut etmək istəyirlər.
Bu aşağı-yuxarı hər yerdə belədir. Bəzi yerlərdə az, bəzi yerlərdə çox. Əlbəttə, bütün bunlar illizuyadır. Ona görə də qoca Tolstoy hər cür flirti riyakarlıq adlandırır, fahişəliyi hər cür flirtdən daha səmimi qiymətləndirirdi. Hansısa “masaj salonu”nda hər şey aydındır. Bir tərəf xidmətin təklif edib pul qazanır. Başqa tərəf isə pulun verib işin görür. Bu qədər sadəliyin və səmimiyyətin fonunda insanların əl-ələ tutub saatlarla bulvarda, parklarda gəzməsi, saatlarla boşboğazlıq etməsi, əl-ələ tutub kinoya baxması, musiqiyə qulaq asması, bir-birlərinə hədiyyələr verməsi və bu qəbildən olan digər əməllər riyakarlıq, təlxəklik kimi görünür. Cəmisi on il əvvəl Tolstoyun flirt və fahişəlik haqqında fikirlərini qəbul etmək mənim üçün çətin idi. Romantika, həyat tərcübəsinin az olması Tolstoyu başa düşməyə imkan vermirdi. İtləri yaxından müşahidə etməyə başlayandan sonra Tolstoyun nə demək istədiyini başa düşdüm. İtlər mənə Tolstoyu başa düşməyi öyrətdi. İndi küçədə, parkda boşboğazlıq, təlxəklik edən cütlükər görəndə ən azı gülməyim gəlir.
Dünən parkda oturub kitab oxuyurdum. Birdən səs-küy eşitdim. Başımı qaldırdım. Ətrafa baxdım. Gördüm tut ağacının altında bir oğlanla, bir qız qarşı-qarşıya dayanıb. Oğlan əsəbi halda qışqırır. Qız da həyəcanla nəsə izahlar verirdi. Deyəsən, günahsız olduğunu sübut etmək istəyirdi. Sonra qız ağlamağa başladı. Qızın ağlamağı oğlanı təsirləndirdi. Qızı qucaqlayıb onu ovutmağa çalışdı. Parkda, tut ağacının altında, əməlli-başlı tamaşa qurmuşdular. Özlərinə klip çəkirdilər. Belə tamaşalar, səhnələr, sevgi haqqında romanlar, şeirlər tamamilə mənasını itirib. Baxıram adamlara və düşünürəm. Bunlar nə edirlər, vəziyyəti bu qədər mürəkkəbləşdirməyə, bu qədər təlxəklik etməyə ehtiyac varmı? Məməlilər sinfinə aid olduğumuzu bəri-başdan, üzüsulu qəbul etmək daha yaxşı olmazmı?
İtləri yaxından müşahidə etdikdən sonra onu da dərindən başa düşdüm ki, yer üzündə heç vaxt sülh olmayacaq. İnsanlar daima müxtəlif bəhanələrlə, müxtəlif əsaslandırmalarla bir-birin qıracaqlar. İnsanlar daima müxtəlif bəhanələrlə bir-birinə qənim kəsiləcəklər. Canlılar aləminin bir üzvü, məməlilər sinfinin bir nümayəndəsi olan insanın heyvani instinktləri müharibələrdə azadlıq əldə edir. İnsanın qan tökmək, parçalamaq, dağıtmaq, öldürmək kimi heyvani instinktləri müharibələrdə legitimlik qazanır. Öldürməyə, dağıtmağa, qan tökməyə görə müharibələrdə insanı cəzalandırmırlar. Əksinə mükafatlandırırlar. Müxtəlif vasitələrlə onu qan tökməyə, dağıtmağa, parçalamağa, öldürməyə daha da həvəsləndirirlər. Cənnət, şan-şöhrət, ad-san vəd edirlər. Şairlər, bəstəkarlar isə şeirlər, marşlar yazıb insanın heyvani hisslərinin daha da qabarmasına, daha güclü şəkildə üzə çıxmasına münbit şərait yaradırlar. Digər müstəvilərdə olduğu kimi bu müstəvidə də heyvanlar insanlardan daha səmimidir. İnsanlardan fərqli olaraq heyvanlar parçalamaq, dağıtmaq, öldürmək kimi instiklərinə təmtəraqlı adlar qoymurlar, yersiz, lazımsız mənalar yükləmirlər…
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."