Bu, yenə də ermənilərin seçimi olacaq

img

02-08-2023 [12:29]


“Euronews” kanalı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyandan aldığı müsahibəni eyni gündə yayımladı.

Kanal rəhbərliyinin ümumi strategiyası bundan ibarət olub ki, bu müsahibələr bölgədəki gərginlik fonunu bir qədər yumşaltmalıdır.

Təsadüfi deyil ki, kanalın jurnalistləri müsahibə zamanı İlham Əliyevə və Nikol Paşinyana eyni sualı veriblər: “Qonşu xalqa hansı mesajı vermək istərdiniz?”

“Euronews” kanalının Azərbaycana göndərdiyi əməkdaşının Laçından hazırladığı reportaj da əhəmiyyətli idi. Reportajda Laçındakı qəbiristanlığın dağıdılması yerli sakinin dilindən nəql edilir və Laçında aparılan geniş yenidənqurma işləri işıqlandırılır.

Əlbəttə, bu və bənzəri reportajlar sülhə və əməkdaşlığa xidmət etməlidir. Ancaq əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınırsa və Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşamaq təklifimizi qəbul etməyəcəklərsə, yeni qarşıdurma qaçılmazdır. Bu, yenə də ermənilərin seçimi olacaq.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR