“Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır

img

31-07-2023 [16:27]


“Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır.

Mia.az xəbır verir ki, son 200 ildə ağrı-acı və məşəqqətlərlə üzləşən və ötən əsrdə dörd dəfə öz ata-baba yurdundan didərgin salınan Qərbi Azərbaycanlıların sonuncu deportasiyası (1987-1991) zamanı - 1989-cu ildə yaradılmış Azərbaycan Qaçqınlar Cəmiyyətinin 2022-ci il avqustun 3-də Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkilatlanması və indiki Ermənistan ərazisindən zorla çıxarılan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə aktiv məşğul olması həm də Qərbi Azərbaycan həqiqətlərinin mümkün geniş təbliğ edilməsinin vacibliyini artırır. Bu məqsədlə İcmanın nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır. Avqustun 1-dən etibarən ilkin olaraq həftədə 4 dəfə saat 17:00 –da iki saatlıq efirlə qarşınızda olacaq kanalın Azərbaycan və Rus dillərində buraxılışları nəzərdə tutulub. Gələcəkdə ingilis dilində də efirin olması planlaşdırılır.

"İlk efirlərimizdən etibarən peşəkar komandamız və tanınmış aparıcılarımızdan ibarət heyyətimizin təqdim etdiyi “Müzakirə vaxtı”, bir- birindən maraqlı süjetlərimiz, Qərbi Azərbaycan mədəniyyətinə dair verilişlərimiz, soydaşlarımızın ağrı – acısını əks etdirən insan hekayələrimiz, o cümlədən həmin verilişlərin rus versiyası və “Время дискуссии” proqramları ilə son 200 ildə soydaşlarımızın, tarixi – mədəni abidələrimizin, toponimlərimizin üzləşdiyi haqsızlıq, eləcə də qarşıda dayanan geri qayıdış məqsədi və məramına dair zəngin efir izləmək imkanınız olacaq.

Qərbi Azərbaycana qayıdış yolunda addımlarımıza dəstək olmaq üçün yaradılan “Qərbi Azərbaycan TV” internet televiziyasına sizlərin də dəstək olmasını rica edir, təqdim etdiyimiz çox maraqlı və baxımlı verilişlərimizi aşağıdakı linklərdən izləməyə dəvət edirik", - məlumatda vurğulanır.

Qərbi Azərbaycan TV –nin youtube kanalı – https://youtube.com/@QerbiAzerbaycanTV

Qərbi Azərbaycan TV –nin twitter ünvanı - https://twitter.com/qerbiazetv?t=EeeLyGJusWT_OZygDiHfKA&s=08

Qərbi Azərbaycan TV –nin facebook ünvanı – https://www.facebook.com/profile.php?id=100095259673458

Qərbi Azərbaycan TV –nin instagram ünvanı - https://instagram.com/qerbi.aze.tv?igshid=OGQ5ZDc2ODk2ZA==

Qərbi Azərbaycan TV –nin tiktok ünvanı - https://www.tiktok.com/@qerbi.aze.tv?_t=8eQZu0Kh0Zb&_r=1

 


Digər xəbərlər
SON XƏBƏRLƏR