Ceyhun Səfər "Space TV"dən ayrıldı

img

30-07-2023 [11:36]


"Azərişıq" ASC-nin mətbuat katibi Ceyhun Səfər "Space TV"dən ayrılıb.

Mia.az verir ki, bu barədə o, "Feysbuk" səhifəsində məlumat paylaşıb.

Aparıcı bildiirb ki, bir müddət "Space" TV-də çalışıb: "Bu, mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə "Space"dən ayrıldım.

Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni "Space"də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. "Space" TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR