"Kapital Bank"ın mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama

img

24-07-2023 [15:14]


"Bu həftədən etibarən 7 ildən artıq mətbuat xidmətinin rəhbəri olduğum və bu gün 149 yaşını qeyd edən doğma "Kapital Bank"dan ayrılıram".

Mia.az xəbər verir ki, bu sözləri bankın mətbuat katibi Perəviz Kamal  sosil şəbəkədəki hesabında yazıb.

O bildirib ki, bu illər təhsili, peşəkar təcrübə, yeni əlaqələr və tanışlıqlar baxımından olduqca uğurlu olub: "Bu uğura və inkişafa görə, mənə inanan, etimad göstərən, dəstəkləyən bankın rəhbərliyinə, həmçinin həmkarlarıma təşəkkür edirəm.  Fəaliyyətimizin effektiv olmasına birbaşa təsir edən, ölkənin media monitorinq reytinqlərində hər zaman bizi birinci edən Kütləvi İnformasiya Vasitələrinə, jurnalist dostlara da dəstəyə görə “çox sağ olun!” demək istərdim. Hər zaman demişəm, yenə təkrar edirəm - bizi, yəni mətbuat katiblərini “biz” edən media nümayəndələridir. Dostlar hər bir şeyə görə çox sağ olun!".

Mətbuat katibi qeyd edib ki, yeni işi barədə tezliklə məlumat paylaşacaq.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR