Nikolas Anelka: "Arda Gülərə demək istəyirəm ki, ruhdan düşmə, səbrli ol"

img

17-07-2023 [09:07]


"Fənərbağça"nın fransalı sabiq futbolçusu Nikolas Anelka "Tivibu Spor"da önəmli açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, “Fənərbağça”dan ayrıldıqdan sonra bir müddət sonra yenidən İstanbul komandasına dönmək istəyib: "Lakin həmin vaxtı klubun prezidenti Əziz Yıldırımla əlaqə yarada bilmədim...".

Anelka "Fənərbağça" azarkeşlərini çox sevdiyni də sözlərinə əlavə edib: "Mənim o komandada oynamağımdan çox keçib. Ancaq "Fənərbağça" azarkeşərini unuda bilmirəm. Onlar həmişə mənim ürəyimdədir. Ömrümün sonuna qədər "Fənərbağça" azarkeşi olacam".

"Real"a transfer olunan Arda Gülərdən danışan fransalı məşhur hücumçu bildirib ki, Arda gənc olsa da, peşəkardır: "Böyük kluba gedib. Orada hər kəs oynamaq istəyir. Bunun üçün də ona demək istəyirəm ki, ruhdan düşməsin, səbrli olsun. Əlbəttə, oynamaq şansı olacaq. Onun yaxşı məşqçisi var. Onunla "Çelsi"də işləmişəm. Mən onu çox yaxşı tanıyıram. Ardanı nə vaxt meydana çıxaracağını bilir. Ançelotti çox ağıllıdır. O, dediyim kimi, kimi nə vaxt oynadacağını bilir. Ən əsası çox çalışmaq və səbirli olmaqdır”.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR