Daha 149 dərman vasitəsinin qiyməti təsdiqlənib - Siyahı

img

28-12-2022 [17:44]


Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında yeni dövlət qeydiyyatına alınmış daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Mia.az Şuraya istinadən xəbər verir ki, bundan başqa etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə, Şuranın 21 iyul 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər olunub.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 642 olub. Onların tam siyahısı Şuranın internet səhifəsinin “Dərman vasitələri” bölməsində yerləşdirilib.

http://tariff.gov.az/documents/DVA.pdf


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA