Zelenskini taktikası, Baydenin mesajı... - NATO sammiti Ukrayna üçün necə bitdi?
13-07-2023 [18:10]
Şahin CƏFƏRLİ
***
Ukrayna bu toplantıdan maksimum nəticə - üzvlüyə rəsmi dəvət gözləyirdi, daha doğrusu, gözlədiyini bəyan edirdi. Bu yöndə qərarın verilməyəcəyinin toplantıdan öncə bəlli olması və Zelenskinin Vilnüsə uçarkən sosial mediada narazılığını sərt və emosional tərzdə ifadə etməsi belə bir rəyin yaranmasına səbəb oldu ki, NATO zirvəsi Ukrayna üçün fiaskodur, Zelenski meydanda tək buraxıldı və sair...
Dünən sosial mediada (xüsusən seçkilərdən sonra mövzu qıtlığı çəkən Türkiyədə) Zelenskinin bir fotosu üzərindən qoparılan fırtınanı yəqin ki, izlədiniz.
Əvvəla, onu demək lazımdır ki, Ukrayna NATO üzvlüyünə hazırda ittifaqda təmsil olunub, şad-xürrəm yaşayan ölkələrin mütləq əksəriyyətindən daha çox layiqdir. Xüsusən NATO və Avropa Birliyi daxilində az qala Putin Rusiyasının təmsilçisi qismində fəaliyyət göstərən, bu qurumların söykəndiyi dəyərlərə nifrətini gizlətməyən Viktor Orbanın rəhbərlik etdiyi Macarıstanın heç bir bədəl ödəmədən rahat şəkildə adı çəkilən ittifaqlardan bəhrələndiyi bir dövrdə Ukraynanın oralarda olmaması böyük haqsızlıq və ədalətsizlikdir.
Həmçinin, 2008-ci ildə Ukrayna və Gürcüstana üzvlük vədi verib, sonra bu vədi “unudan”, Rusiyanın elə həmin il Gürcüstana, 2014-cü ildə isə Ukraynaya hücumuna göz yuman, hətta bu işğallardan sonra da Putin rejimi ilə tərəfdaşlığını inkişaf etdirən aparıcı NATO ölkələrinin (Almaniya, Fransa, ABŞ) Ukrayna qarşısında vicdan borcu var. Lakin bu məqamlar məsələnin mənəvi tərəfidir. Bir də, məsələnin formal hüquqi-siyasi tərəfləri var.
NATO-ya rəsmi dəvət üzvlükdə son mərhələdir. Bu, o zaman edilir ki, həmin ölkə artıq təşkilatın bütün meyarlarına uyğun hesab olunur, nəticədə rəsmi dəvət alır, sonra üzvlüyə qəbul barədə Protokol imzalanır.
Ukrayna hələ ki bu meyarların bir çoxuna uyğunlaşmayıb. (Hərbi sahədə sürətli uyğunlaşma gedir və bu, önəmli tərəqqidir.) Hazırda Ukraynada müharibə ilə əlaqədar hərbi vəziyyət hökm sürür və prezident-ali baş komandan hərbi diktator kimi fəaliyyət göstərir. Bu, Ukrayna üçün zərurət olsa da, NATO-nun siyasi standartlarından çox uzaq bir vəziyyətdir. Eyni zamanda, müharibə aparan ölkənin NATO-ya qəbulu o mənaya gəlir ki, 5-ci maddə avtomatik aktivləşir və blok həmin müharibənin birbaşa tərəfinə çevrilmiş olur. NATO ölkələri isə bunu istəmir.
Yaxşı, bunları biz bilirik, Ukrayna diplomatları və siyasi rəhbərliyi bilmirmi? Təbii ki, bilir. Zelenski təyyarədə yazdığı son dəqiqə bəyanatı ilə NATO-nun qərarını dəyişdirə bilməyəcəyinin fərqində deyilmi?
Əlbəttə ki, fərqindədir. Sadəcə olaraq, müharibə başladıqdan bəri Ukrayna rəhbərliyi doğru olaraq özünəməxsus bir diplomatik taktika seçib. Bu taktikaya əsasən tərəfdaşlar qarşısında ən maksimal tələblər qoyulur ki, son nəticədə mümkün qədər çox şey əldə edilsin. Bu dəfə də belə oldu.
Əvvəla, NATO Ukraynanın (eləcə də Gürcüstanın) üzvüyünə dair 2008-ci il Buxarest zirvəsindən bəri təkrarladğı içiboş formuldan (“açıq qapı siyasəti yeridirik, bu ölkələr nə vaxtsa üzv olacaq”) uzaqlaşaraq Ukrayna ilə bağlı aşağıdakı formulu seçib: “Şərtləri yerinə yetirdiyi və müttəfiqlərin razılığa gəldiyi vaxt Ukrayna NATO-ya rəsmi qaydada DƏVƏT olunacaq”.
Eyni zamanda, ABŞ prezidentinin Zelenski ilə görüşdə “Ukraynanın NATO-ya üzv olacağı və bunu bayram etmək üçün sizinlə keçirəcəyimiz görüşü səbirsizliklə gözləyirəm” deməsi də gəlişigözəl cümlə deyil, dövlətin mövqeyidir. (Bayden ikinci dəfə seçiləcəyinə inanır və növbəti 4 illik kadensiyasında Ukraynanın NATO-ya qəbul olunacağına işarə edir.)
NATO zirvəsində Ukrayna ilə bağlı qəbul olunan digər vacib qərarlar aşağıdakılardır:
- Üzvlük prosesində MAP (Üzvlük üçün Fəaliyyət Planı) tətbiq olunmayacaq. Bu isə Finlandiya və İsveç örnəyində olduğu kimi, prosesi qısaldacaq;
- Ukraynanın NATO standartlarına və doktrinalarına keçidi üçün çoxillik dəstək proqramı qəbul olunub;
- NATO-Ukrayna Komissiyasının statusu yüksəldilərək NATO-Ukrayna Şurası yaradılıb. Bu, iki tərəfin eyni səviyyədə təmsil olunacağı məşvərət orqanıdır. Ukrayna uyğun gördüyü məqamlarda Şuranı toplantıya çağırmaq hüququna malikdir.
Sammit çərçivəsində isə daha 2 mühüm qərar elan edildi:
1. Ukrayna pilotları və texniki personalın F-16 təyyarələrində təlimləri üçün 11 ölkədən ibarət koalisiya yaradılıb və bu barədə Memorandum imzalanıb. Təlimlər avqust ayında Danimarkada başlayacaq;
2. Ən mühüm hadisələrdən biri isə G-7 ölkələrinin Ukraynaya təhlükəsizlik təminatları verilməsi üzrə birgə Bəyannamə qəbul etmələridir.
Bu sənəddə ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya “Beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, özünü qorumağa və gələcək aqressiyaları dəf etməyə qadir olan azad, müstəqil, suveren, demokratik Ukraynanın yaradılması”nı sarsılmaz strateji məqsəd kimi elan edirlər. Ukraynanın təhlükəsizliyi bütün avroatlantik məkanın təhlükəsizliyinin ayrılmaz parçası kimi qeyd olunur. Bu dövlətlər Ukrayna ordusunun quru, hava və dəniz qüvvələrinin təchizatına; Ukrayna hərbi sənayesinin inkişafına; hərbi təlimlər keçirilməsi və kibertəhlükəsizliyin təmin olunmasına; Ukraynanın bərpası və onun iqtisadi inkişafına dəstək verəcəklərini təəhhüd edirlər. Bunun üçün G7 dövlətləri ilə Ukrayna arasında ayrı-ayrılıqda ikitərəfli razılaşmalar imzalanacaq.
Bütün bunları müharibədən əvvəlki dövrdə təsəvvür etmək mümkün deyildi. Yəni qısa müddətdə böyük irəliləyişlərin olduğu ortadadır və Ukraynanın NATO-ya üzvlüyünü əngəlləmək bəhanəsi ilə müharibəyə başlayan Putin Ukraynanı NATO-ya xeyli yaxınlaşdırıb.
Təbii ki, hər şey mükəmməl və qüsursuz deyil. Qərbdə, o cümlədən Bayden administrasiyası içərisində “Rusiya ilə eskalasiyaya getməyək” yanaşması və ya bəhanəsi ilə həddən artıq ehtiyatlı siyasət yeritməyin tərəfdarları, hətta Ukraynanın başı üzərindən Rusiya ilə danışıqlar aparmağa çalışanlar var. Ukraynaya ümumiyyətlə, hərbi yardımın dayandırılmasını istəyən və tələb edən çevrələr də mövcuddur, özəlliklə ABŞ-dakı trampistlər bu yöndə ciddi təhlükə mənbəyidir. Amma Ukraynanın yaxın gələcəkdə NATO və Avropa Birliyində yer alması bu ittifaqların şərq cinahının müdafiəsi, Rusiyanın imperialist-ekspansionist iştahına qarşı daimi zərdab qismində vacibdir. Ukraynaya dəstək Qərbin öz ehtiyaclarından irəli gəlir.
MİA.AZ
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib