Bölünmüş Ukrayna və Putinsiz Rusiya...
13-07-2023 [13:59]
Elxan ŞÜKÜRLÜ
***
Keçmiş sovet respublikası, hazırda isə NATO və Avropa İttifaqı üzvü olan Litvada iyulun 11-12-də keçirilən NATO sammiti artıq başa çatıb.
Sammitdəki çıxışların və qəbul edilən sənədlərin ilkin təhlili o qənaəti yaradır ki, katolik prezident Baydenin dönəmində ABŞ “rus təhdidi” ilə bütün katolik Avropasını yenidən NATO çətiri altında sıx təmərküzləşdirməyi və bu hərbi blokun parçalanmasının qarşısını almaqla, onun sərhədlərini daha da genişləndirməyi bacardı: Rusiya və Çinin gözləntilərinin əksinə olaraq, NATO bu sammitində göstərdi ki, blok strateji qərarların qəbulunda hələ öz birliyini qoruyub saxlayır və Avropa Birliyi də gələcək təhlükəsizliyini NATO-suz təsəvvür etmir.
500 gündən çoxdur davam edən Ukrayna savaşı rahatlıqsevər avropalıları elə qorxudub ki, bu savaş başlayanadək ABŞ silahlarına və NATO-ya ehtiyac olmadığını deyən, hərbi bloka ödənişlərini “artıq xərc” sayan Avropa dövlətləri indi NATO-nu gücləndirmək və müasir ABŞ silahlarını almaq üçün bütün sərvətlərini ortaya töküblər.
Avropa İttifaqının ABŞ çətiri altında yenidən sıx birləşməsində əsas rol oynamış və işğal ounmuş ərazisində ağır müharibə aparan keçmiş sovet respublikası Ukrayna isə Vilnüs sammitindən məyusluqla ayrılan tək dövlət oldu.
Çünki sammitöncəsi prezident Zelenskinin gözləntilərinə və açıq çağırışlarına, cəhdlərinə baxmayaraq, Ukraynanın NATO üzvlüyü üçün konkret vaxt qoyulmadı, öhdəlik götürülmədi.
Üstəlik, NATO baş katibi Stoltenberqin diliylə açıq şəkildə Zelenskiyə deyildi ki, Ukrayna NATO üzvü olmaq istəyirsə, Rusiya ilə savaşı davam etdirməli və mütləq qalib gəlməlidir!
Sözsüz ki, NATO baş katibinin bu mövqeyi məşhur məsəli xatırladır: “Adamı həllolunmaz iş dalınca göndərir, adını da “yarıtmaz” qoyursan”.
İndi NATO da Zelenskinin qarşısında həllolunmaz bir tələb qoyub: biz sizə pul və silah verməkdə davam edəcəyik, siz də ölənədək ruslarla vuruşacaqsınız!
Hətta bu dəfə də Britaniya müdafiə nazirinin diliylə Zelenskini dolayısıyla “minnətdarlıq hissi olmamaqda" suçladılar. Ukrayna prezidentinə xatırladıldı ki, onlara özünümüdafiə və əks-hücum üçün indiyədək hər şey verilib...
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Blinken də Ukraynaya əks-hücum üçün hər şeyin verildiyini demişdi.
Ukrayna üçün hava-su qədər gərəkli olan "F-16"ların isə, ən yaxşı halda, 2024-cü ilin martında çatdırılacağı deyilir.
Ukrayna Silahlı Qüvvələri hamının gözlədiyi əks-hücuma iyunun 4-dən rəsmən başladığını elan etsə də, bü müddət ərzində cəbhə xəttində hələ də ciddi hərbi nailiyyət əldə edə bilməyib.
Gələcək əks-hücumların uğurlu olması üçün ilkin mərhələdə rusların Ukrayna ərazisindəki hərbi birləşmələrinin təchizat zəncirinin qırılmasına nail olmaq gərəkdir ki, ukraynalıların bu yöndəki cəhdləri hələlik effekt vermir...
Uğursuz əks-hücumlar isə Qərbdə Rusiya ilə sövdələşmə masasına əyləşmək istəyənlərin mövqeyini gücləndirir və bu meyl Vilnüs sammitində də açıqca göründü...
Beləliklə, NATO-nun Vilnüs sammitinin yekunları göstərdi ki, bolkun əsas problemi Rusiya ilə yox, Putinlədir və Putinin 2024-cü ildə yenidən Rusiya prezidenti seçilməməsi üçün də Ukrayna növbəti qurbanlıq seçilib.
ABŞ və Avropaya qüdrətli və NATO üzvü olan bütöv Ukrayna deyil, katolik və pravoslav xətti üzrə bölünmüş Ukrayna və bir də Putinsiz Rusiya gərəkdir.
Ukrayna tez bölünəcək, yoxsa Putin tez hakimiyyətdən gedəcək, bax, bu, indi çoxlarının beynini didən, ancaq qarşıdakı aylarda – Ukraynanın əks-hücumlarının nəticələrindən sonra cavablarını biləcəkləri suallardır.
Mia.az
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam