Baş Gömrük Mühafizə Xidmətinin yeni rəisi kimdir? - Gömrükdə daha bir təyinat

img

10-07-2023 [15:00]


Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyinat olub.

Məlumata görə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini, polkovnik Şıxəliyev Elçin Yavər oğlu vəzifəsindən azad olunaraq, Baş Gömrük Mühafizə Xidmətinin rəisi təyin edilib.

Bu barədə komitə sədri, general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Baş Gömrük Mühafizə Xidmətinin rəisi gömrük xidməti general-mayoru Ələkbərov İsmayıl Ağaqulu oğlu idi(Qaynarinfo).

img

Digər xəbərlər
SON XƏBƏRLƏR