Bulvarda dekorativ ağacı zədələyən qadın cərimələnib (Yenilənib)

img

04-07-2023 [17:38]


Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran T.Ə. (ad, soyadı şərti) cərimələnib.

Məlumata görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.

Qadının azyaşlı uşağının olması nəzərə alınaraq T.Ə.-yə yüngül cəza verilib, o, 75 manat məbləğində cərimə olunub.

***

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə.-nin (ad, soyadı şərti) barəsində inzibati protokol tərtib edilib.

Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, qadının barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hazırda protokol hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Qeyd edək ki, M.Ə.-ni 50 manatdan 100 manatadək məbləğdə cərimə və ya 15 günədək müddətə inzibati həbs cəzası gözləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR