Ebru Gundeşə sünnət toyunda nə qədər pul verilib?

img

06-07-2023 [13:31]


Sosial şəbəkələrdə Türkiyənin tanınmış ulduzu Ebru Gundeşin Şəmkirdə toy məclisindən görüntüləri böyük marağa səbəb olub.

Həmin görüntülərdə türkiyəli ulduzun 250 min ABŞ dollarına gəldiyi barədə fikirlər səsləndirilib.

Mia.az xəbər verir ki, gününsesi.info Şəmkirdəki məclis barədə bəzi bilgiləri əldə edib.

Bildirilir ki, Ebru Gundeş sakinləri əsasən Rusiyada yaşayan Şiştəbə kəndində kiçik toy məclisinə gəlib.

Övladına kişik toy edən isə “Meyvə Əhməd” kimi tanınan kənd sakini olub.

Bildirilir ki, adıçəkilən şəxs doğma kəndində bir sıra xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub.

Ebru Gundeşin 250 min ABŞ dolları qonarar almasına gəlincə, bu barədə iddialar təsdiqini tapmayıb.

Ailə yaxınları Gununsesi.info-ya bildirib ki, müğənniyə ödənən qonarar 30 min ABŞ dolları təşkil edib.

Ancaq məclis zamanı ailənin yaxınları Ebru Gundeşə təxminən 15-20 min dollar civarında şabaş da verildiyini deyib.

Şəbnəm

Gununsesi.info


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq