İspaniya mətbuatı: Türkiyənin "Messi"si "Barselona"nı deyil, "Real Madrid"i seçdi

img

05-07-2023 [01:02]


Türkiyənin "Messi"si kimi qələmə verilən "Fənərbağça"nın 18 yaşlı ulduzu Arda Gülərin "Barselona"nı deyil, "Real Madrid"i seçib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı İspaniyanın "The Athletic" nəşri yazıb.

Nəşr iddia edib ki, Arda Gülərin paytaxt komandasını seçib: ""Real Madrid" 18 yaşlı ulduz üçün "Fənərbağça"ya 17,5 milyon avrodan çox transfer haqqı ödəyəcək. Əlavə olaraq, "Real Madrid" gələcəkdə Ardanı satarsa, gəlirin 20 faizini də İstanbul klubuna ödəyəcək".

Bu iddialı xəbəri dünya idman jurnalistləri arasında nüfuzu ilə seçilən məşhur jurnalist Fabrizio Romano da təsdiqləyib.

O, sosial şəbəkə hesabında bu transfer bardə paylaşım edib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR