RiHEMM Şirvanda Qeyri-Hökumət Təzkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə tədbir keçirdi

img

08-06-2013 [05:09]


gn=left]936221_401775873271200_1456051869_n.jpg[/libt] ?Regional İnsan Hüüquqları və Ekologiya Müdafiə Mərkəzi? İctimai Birliyinin mətbuat xidmətindən daxil olan məlumata əsasən (RİHEMM) bu gün Birlik Şirvan şəhərində Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?907-ci düzəlişin ləğvinə yönəlik beynəlxalq kampaniyanın dəstəklənməsi? adlı layihənin icrası ilə bağlı tədbir keçirib. Tədbirdə əsasən yerli QHT-lər və Media mənsubları iştirak edib. Tədbirlə bağlı əməkdaşımız Turxan Əlioğlu RİHEMM sədri Azad İskəndərli ilə telefon əlaqəsi saxlayıb. Azad bəy:?1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən ?Azadlğa Dəstək? Aktına qəbul edilən və Azərbaycana Amerikanın bir başa dövlət yardımını yasaqlayan düzəlişdən 20 il keçməsinə baxmayaraq bu ədalətsiz qərar hələ də öz qüvvəsindədir. Nə Azərbaycan Dövlətinin, nə də Azərbaycan xalqının Amerikadan alınan yardıma ehtiyacı yoxdur.! Bu bizim üçün hal-hazırda əhəmiyyətsiz bir sənəddir, lakin bizi incidən həmin düzəlişin bu günə qədər qalması səbəbidir. Biz ölkə ictimaiyyəti nümayəndələri olaraq hesab edirik bu sənədin Amerika konqresi və dövləti tərəfindən bu günə qədər saxlanılması Azərbaycana təzyiq və təsir vasitəsidir. Odur ki, biz siyasi təqiblərə boyun əymək istəmirik.Və bu haqq uğrunda apardığımız mübarizənin nəticə verəcəyinə ümid edirik. Biz eyni zamanda da BMT Təhlükəsizlik Şurasının çıxardığı və 20 ildir icra olunmayan 822, 853, 874 və 884 saylı qətnamələrini də gündəmdə saxlayaraq bu yolda mübarizəmizi davam etdiririk. Problemlə bağlı biz Dünyanın 3 ölkəsində (Türkiyə, Rusiya, Almaniya da ABŞ səfirlikləri önündə) etiraz aksiyaları və toplantılar keçirmişik, bundan da sonra missiyamızı Amerika və Avropanın digər ölkələrində davam etdirəcəyimizi düşünürük. Hal-hazırda isə ölkə daxili, insanlarımızı maarifləndirmək məqsədilə tədbir və toplantılar keçirməyə üstünlük veririk. Növbəti tədbirimiz Səlyan rayonunda , daha sonra isə Sabirabad rayonunda qeyd olunacaq? deyə münasibətini bildirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR