"Fənərbağça"nın daha bir oyunçusuna təklif gəlib - 20 milyon avroluq

img

25-06-2023 [11:57]


"Fənərbağça"nın daha bir oyunçusuna təklif gəlib.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, "Napoli" və "Nyukasl" Ferdi Kadıoğluna transfer təklifi göndərib.

Məlumata görə, hər iki klubun menecerləri futbolçu və onun atası ilə görüşüblər: "Ferdi Kadıoğlu üçün "Nyukasl Yunayted" və "Napoli" "Fənərbağça"ya 20 milyon avro təklif verib. Lakin klub prezidenti Ali Koç bu məbləğlə razılaşmayıb. O, hər iki klubdan 25 milyon avro sərbəst buraxılma haqqı istəyib. Ali Koç hətta məsələni Ferdi Kadıoğlunun atası ilə də müzakirə edib. Futbolçu və atası klub rəhbərinə "qərar sizindir" deyib. Bu isə Ali Koça rahat bazarlıq etmək fürsəti verib".

Xəbərdə o da deyilir ki, komandaya yeni məşqçi təyinatından  sonra "Nyukasl Yunayted" və ya "Napoli"yə Ferdi Kadıoğlu ilə bağlı yekun caab veriləcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR