?Azadlıq? radiosunun müxbiri ilə bağlı zok sənəd; Cinayət izindəki məxfi sənəd ortaya çıxdı

img

24-04-2013 [05:02]


[/center] [b]Sual: Vəli oyuncaq pistoleti onun başına dayadıqda o, həmin pistoletin oyuncaq olduğunu bildimi? Vəli ondan nə tələb etdi?[/b] Cavab: Türkiyə vətəndaşı əvvəl pistoleti həqiqi pistolet kimi qəbul etdi. Vəli ondan pul tələb etdi. [b]Sual: Deməli, məqsədiniz türkü soyub, pulunu almaq idi.[/b] Cavab: Elə çıxır. Sərxoş olduğumuz üçün bu hərəkəti etdik. [b]Sual: Türk vətəndaşı Kazım Coşqun bildirir ki, həmin vaxt Vəli jiletin cibindəki 100 min manat pulu götürüb verib sənə və deyib ki, qaç. Bu barədə nə deyə bilərsən?[/b] Cavab: O ancaq pencəyi mənə tərəf atdı. Pencəkdə isə heç nə yox idi. Mən pencəyi təkərin altına atdım və biz ordan uzaqlaşdıq. Mən heç bir pul görməmişəm. [b]Sual: Polis işçiləri Vəlini tutan vaxt sən niyə onların qanuni tələbinə tabe olmayıb qaçıb getmisən və həmin vaxt türkün pulu Vəlinin cibindən çıxmayıb[/b] Cavab: Polis işçiləri bizim arxamızca gələn vaxt biz qorxub qaçdıq. Mən gizləndim. Vəlini isə tutdular. Pulun harda olduğundan xəbərim yoxdur. [b]İfadəmi özüm yazdım. Başqa əlavəm yoxdur, düzgünlüyü imzamla təsdiq edirəm.[/b] [b]İmza: Həsənov Y. Dindirdi: müstəntiq İ.Əsgərov?.[/b] Maraqlıdır ki, ?Şərq Qapısı?nda bu məqalə aprelin 23-də yayılsa da, hələlik nə Yafəz Əkrəmoğlu, nə də ?Azadlıq? radiosu bununla bağlı hər hansı mövqe bildirməyib. Biz isə adıçəkilən jurnalistin mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA