Kuadrado "Yuventus"dan ayrılıb

img

30-06-2023 [18:08]


35 yaşlı Xuan Kuadrado İtaliyanın "Yuventus" komandasından ayrılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Yuventus"un müqaviləni daha 1 il uzatmaq hüququ olsa da, klub  bu şansdan istifadə etməyib.

Klubun açıqlamasında futbolçuya uğurlar arzulanıb.

Xatırladaq ki, kolumbiyalı məşhur futbolçunun adı "Fənərbağça"ya transferdə halanır.

Onu da qeyd edək ki, bu mövsüm "Yuventus"un formasıyla 47 matça çıxan 35 yaşlı Xuan Kuadrado 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR