Amerika Bakı və Tiflisə atom bombası atır, bəs, İrəvan? - Elbəyi Həsənli yazır
                08-06-2023 [15:42]
15 sentyabr 1945-ci ildə ABŞ Müharibə Departamenti tərəfindən Sovet İttifaqına qarşı yönəlmiş nüvə hücumu planı təsdiq olundu. O vaxt ABŞ ilə Sovet İttifaqı rəsməm müttəfiq idi. Ancaq Amerikanın dünyada hegemon rol oynamaq ambisiyası getdikcə daha çox vüsət alırdı.
ABŞ-ın xarici siyasəti illüziya və paranoyya elementi ilə zəngindir. Qiyamət gününün gəlişinə hesablanmış ssenarisi 70 ildən artıqdır ki, rəsmən Pentaqonun gündəmindədir.
ABŞ-ın çoxsaylı nüvə müharibəsi planları Sovet İttifaqı, Şərqi Avropa və Çində 1200 şəhər ərazisini hədəf alıb. 1956-cı il Strateji Hava Komandanlığının nüvə zərbəsi ilə bağlı rəsmi sənədləri yalnız 2015-ci ilin dekabrında məxfilik statusun itirib və araşdırmalar üçün açıq elan olunub. Uzun müddət senzurasının obyekti olan sənədlər insanı dəhşətə gətirir.
Hal-hazırda nüvə silahından istifadə super-güclər arasında qaçılmaz olaraq hərbi eskalasiyaya və müvafiq olaraq bəşəriyyətin sonunu gətirə biləcək təhlükəni nişan verir.
Amerikanın nüvə zərbəsi planı nəinki Rusiyaya və ya Çinə qarşı, bütünlükdə bəşəriyyətə qarşı görünməmiş miqyasda soyqırım planlaşdırmaq deməkdir. Təəssüf ki, Pentaqon Amerikanın nüvə müharibəsində qalib gələ biləcəyinə sarsılmaz inam bəsləyən generallarla doludur.
ABŞ-ın artıq İtaliya, Almaniya, Belçika və Hollandiyada yerləşdirdiyi B61-12 nüvə bombasının sınaq atışlarında F-16 qırıcı təyyarəsindən istifadə olunub. Ehtimal ki, B61-12 bombaları da ABŞ tərəfindən Polşaya verilib: Polşanın F-16 qırıcıları 2014-cü ildən NATO-nun nüvə hücumu təlimlərində iştirak edir.
Moskva Siyasi-Hərbi Araşdırmalar Mərkəzinin baş eksperti Vladimir Kozin “Grandangolo TV” proqramına müsahibəsində bəyan edir ki, ABŞ-ın nüvə silahlarının Latviya, Litva və Estoniyada və Polşaya yerləşdirildiyinə dair dəqiq faktlara əsaslanan dərin şübhələr var. Ən azı Amerika həmin ölkələrə öz nüvə silahını sürətlə yerləşdirə bilər.
Əslində Rusiyanın Belarusa və Kalininqrada nüvə silahı yerləşdirmək istəyi bu təhlükəyə cavab xarakteri daşıyır. ABŞ+NATO ittifaqının Rusiyaya qarşı hərbi eskalasiyası Avropanı nüvə müharibəsinin astanasına gətirib çıxarıb. Qərbin siyasi-media kompleksi bütün bunlara susqunluqla pərdə çəkir ki, Avropa ictimai rəyi təşvişə düşüb bu təhlükəyə adekvat reaksiya verməsin.
ABŞ Müdafiə Nazirliyinin 2003-cü ildə təqdim etdiyi statistik məlumatlara görə, həmin il Avropada 100.000 Amerika əsgərinin mövcudluğu da daxil olmaqla, 38 ölkədə təxminən 725 Amerika hərbi bazası var idi.
On il sonra, 2012-ci ilə qədər qlobal miqyasda mövcud olan 750 ABŞ hərbi bazasında 1,4 milyon Amerika əsgəri xidmət edirdi. Digər hesablamalar göstərir ki, amerikalılar xaricdə 1000-dən çox hərbi obyektə sahibdir. Bazalar şəbəkəsi o qədər genişdir ki, hətta Pentaqon belə Amerikanın xaricdəki hərbi bazalrının dəqiq sayını bilmir.
1945-ci ildə Xirosima və Naqasakiyə atam bombası atdıqdan üzü bəri ABŞ nüvə silahlarına toplam 7,2 trilyon dollar xərcləyib. 70 min nüvə silahı istehsal edib. 1991-ci ildə Soyuq müharibə başa çatanda ABŞ-ın hərbi arsenalında 23 min nüvə başlıqlı silah vardı. Onlardan 480 ədədi hazırda Avropada saxlanılmaqdadır. O cümlədən, Türkiyənin İncirlik hərbi bazasında da Amerikanın nüvə başlıqlı silahları var...
ABŞ-ın hərbi obyektləri ən sıx Almaniyada (218), Yaponiyada (115) və Cənubi Koreyada (86) yerləşir. Almaniyada 53.766, Yaponiyada 39.222, Cənubi Koreyada isə 28.500 Amerika əsgəri hərbi xidmətdədir.
Yaponiya iqtisadi göstəricilərinə görə dünyada ABŞ və Çindən sonra 3-cü yerdədir. Almaniya isə 4-cü yerdə qərar tutub. Buna baxmayaraq Almaniya və Yaponiya II Dünya Müharibəsində məğlubiyyətdən dolayı hələ də ABŞ+Böyük Britaniya ittifaqının qarşısında aciz görünür. Belə ki, öz suveren ərazilərində Amerika bazalarına yer vermək zorundadırlar. Eyni zamanda bu ölkələr Amerikanın törətdiyi bütün müharibələrə birmənalı şəkildə dəstək verirlər.
Hazırda Ukrayna müharibəsinə görə ABŞ başda olmaqla Qərbin küncə sıxışdırdığı Rusiya dəfələrlə nüvə silahına əl atacağı ilə bağlı dünyaya xəbərdarlıq edib. Aydındır ki, Rusiya üçün təhlükə yaransa Vladimir Putin nüvə bombalarının işə düşməsi üçün düyməni basa bilər. Yəni bu təhlükə son dərəcə realdır. Bəşər sivilizasiyası kataklizmlərlə üzləşə, planet ciddi dağıntılara məruz qala bilər. Onu da qeyd edək ki, ABŞ, Rusiya və Çindən başqa Rusiya
Fransa, Birləşmiş Krallıq, Pakistan, Hindistan, İsrail və Simali Koreya da nüvə silahına malikdir. Nüvə klubuna daxil olan ölkələrin iki yerə bölünməsi (Rusiya+Çin+Şimali Koreya və ABŞ+Fransa+Böyük Britaniya+Pakistan+Hindistan+İsrail) və bir-birinə qarşı cəbhə açması isə sakini olduğumuz Yaşıl planeti darmadağın edə bilər. Bu ssenari də gündəmdədir...
Amerikanın nüvə doktrinası ilə bağlı son dərəcə ilginc bir məqama da toxunmaqda fayda var. Amerikanın ermənilərə xüsusi simpatiyasının olması köhnə söhbətdir. Mələklər şəhəri kimi tanınan Los-Ancelesdə yarım milyon erməninin yaşaması da bu simpatiyanın bariz nümunəsidir...
Yuxarıda qeyd etdiyim kimi, II Dünya Müharibəsinin rəsmi başa çatmasından (2 sentyabr 1945-ci il) cəmi iki həftə sonra ABŞ-ın Müharibə Departamenti “Sovet İttifaqını xəritədən silmək” (66 şəhərə 204 atom bombası atmaqla) layihəsini (15 sentyabr 1945-ci il) gündəmə gətirdi. Plana əsasən SSRİ-nin böyük və iqtisadi baxımdan strateji şəhərləri atom bombalarının yağışı altına düşəcəkdi. 66 şəhərin arasında Cənubi Qafqazın Bakı və Tiflis kimi şəhərləri də var. Hətta Batumi, Maxaçqala və Qroznı kimi şəhərlər də o siyahıda yer almışdı. Ancaq nə sirdirsə, Ermənistanın paytaxtı İrəvan SSRİ-nin bombalanması nəzərdə tutulan 66 şəhəri arşına düşməmişdi. Niyəsini özünüz bilirsiz. Elə deyilmi?...
Elbəyi Həsənli,
Sürix
Mia.az
                            "Qarabağ"- "Çelsi" oyunu... - Qurban Qurbanov klubun bliet satışına problem yaradılmasına belə cavab verdi (VİDEO)
Əkrəm İmamoğlunun atası və oğlu istintaqa çağırılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Məhkəmə ilə bağlı yeni sistem yaradılacaq - Fərman imzalandı
Prezident İlham Əliyev daha bir fərman imzaladı - Detallar
Bakı metrolarında yeni ödəniş forması tətbiq olunub
Məktəblərdə bayram tətili... - Agentlik açıqlama yaydı
Parada görə marşrutların istiqaməti dəyişdirilir, bəzləri müvəqqəti işləməyəcək - SİYAHI
“Azercell”in dəstəyi ilə şəhid övladları üçün II İntellektual Marafon keçirildi - FOTOLAR
Mikayıl Cabbarov Rövnəq Abdullayev və komandasını "vurdu" - “SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”
Ramiz Mehdiyevin vəkilləri şikayətləri geri götürüb - Yeni detallar
HANSI SAHƏLƏRƏ VERGİ GÜZƏŞTLƏRİ OLACAQ? - Nazir sadaladı
Bu qurumların layihələrinə vəsait ayrılmayacaq
AzTV-də 26 milyon manat hara yoxa çıxıb? - Açıqlama
Ramiz Mehdiyevin oğlundan xəbər var: "Hər gün işə gəlir və..."
Fəzail Ağamalının nikahdankənar oğlu... - İki də nəvəsi varmış
Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib
Maştağa və Albalılıqda işıq olmayacaq
AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ
Binəli Yıldırım: Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır
Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib
İranda neft emalı zavodunda güclü yanğın baş verib
Bakıda vətəndaşa əlillik dərəcəsi almaqda kömək edəcəyinə yalan vəd verən qadın saxlanılıb
Zəfər Günü ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb
Lənkəranda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb
Qafqaz Müsəlmanları İdarəsində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib
Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb
Siyəzəndə yeni doğulan körpə ölüb
Xəzər sahilində 112 ölü suiti aşkarlanıb
Azərbaycan nefti cüzi bahalaşdı
Gənclərimizi “zəhərləyən” “Bizon”... - Deputatdan çağırış
"Emin Əmrullayev maaşını alıb?"
Çempionlar Liqası: bu gün 9 oyun oynanılacaq
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb